Dunya Miyatoviç: “Qanunun onlayn medianı əhatə etməsindən narahatam”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç böhtanın cinayət işi hesab edilməsi ilə bağlı Azərbaycanda cinayət məcəlləsinə təklif edilən düzəlişdən dərin narahatlığını bildirib.

O hesab edir ki, bu hakimiyyətin internet informasiya vasitələri üzərində nəzarətini daha da genişləndirəcək. “Mən qanunun onlayn medianı da əhatə etməsindən narahatam” deyə Miyatoviç bildirib. Mjatoviç deyir ki, 2006-cı ildə prezident İlham Əliyevin insan haqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi Milli Fəaliyyət Planında difamasiyanın cinayət işi hesab edilməməsi nəzərdə tutulur. Amma Baş Prokurorluğun təklif elədiyi bu düzəlişlər bunun əksinədir. Dunya Miyatoviç deyir ki, o Azərbaycan hakimiyyətini bu sahədə verdiyi vədləri yerinə yetirməyə çağırıb və bu prosesə gömək etməyə hazır olduğunu bildirib. “Mən qanunun onlayn medianı da əhatə etməsindən narahatam” deyə Miyatoviç bildirib. Hazırda Azərbaycandakı mövcud qanunda böhtana görə 3 il həbs nəzərdə tutulur.