“Azadlıq” satışa görə birincidir

Elitar.Az qәzet köşklәri vә ümumilikdә qәzet satılan obyektlәrdә sorğu keçirib. Apardığımız araşdırmanın mәqsәdi ölkәdә daha çox satılan qәzetlәri oxucuların diqqәtinә çatdırmaq idi. Belәliklә şәhәrin müxtәlif yerlәrindә qәzet köşklәri vә әsasәn metro keçidlәrindә satılan qәzetlәrin sayı ilә maraqlandıq. Әldә etdiyimiz statistikaya görә metro keçidlәrindә satılan qәzetlәrin sayı köşklәrdә satılan qәzet sayı ilә müqayisәyә gәlәcәk qәdәr deyil. Satıcıların sözlәrinә әsaslansaq, Bakı şәhәri üzrә ümumilikdә әn çox satılan qәzetlәr “Azadlıq” vә “Yeni Müsavat” qәzetlәridir. 

Mәsәlәn, paytaxtın Nәrimanov, Nizami, Sәbael rayonları әrazisindә gün әrzindә hәr obyektdә 40-dan artıq “Azadlıq” qәzeti, 20-yә yaxın “Yeni Müsavat” qәzeti, 1-2 әdәd dә “Hәftә”, ” Oxu mәni”, ” Gündәm” qәzetlәri satılır. İdman qәzetlәrinin satışı isә digәrlәrinә nisbәtәn daha ön pillәdә durur. Xüsusilә “Futbol+”, “Çempion” vә “Bukmeker” qәzetlәri daha çox satılır.

Onu da qeyd edək ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetləri metrolarda köşklərə nisbətən daha çox satılır.

Elitar.Az