«Bavariya» möcüzəyə imkan vermədi

Çempionlar liqasının ½ mərhələsinin təkrar oyunları çərçivəsində «Barselona» «Bavariya»nı qəbul edirdi. Birinci oyunda qapısında 4 cavabsız qol buraxan «Barsa» öz meydanında da böyük hesabla məğlub oldu. Oyunda hesabı 48-ci dəqiqədə Roben açdı. 72-ci dəqiqədə isə Pike avtoqolla yadda qaldı. 76-cı dəqiqədə Müller üçüncü qolu «Barsa»nın qapısında keçirdi. 

Mayın 25-də Uembledə keçirilən finalda iki alman komandası – «Borrusiya» və «Bavariya» üz-üzə gələcək.