qumbara

Azərbaycanda misli görünməmiş intihar

qumbara22 yaşlı gənc evdə özünü qumbara ilə partlatdı

Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib. Hadisə şahidlərinin lent.az-a verdiyi məlumata görə, Z.Hacıyev küçəsində yerləşən mənzillərdən birində güclü partlayış baş verib. Evdə olan bir nəfər həlak olub.
Digər bir məlumatda bildirilir ki, evdə qumbara partlayıb. Evdə olan gənc oğlan əlindəki qumbaranın alışdırıcısını açaraq, partlayış törədib və bu yolla intihar edib.
Gəncə şəhər Baş Polis Idarəsindən isə bildirilib ki, hadisə saat 15 radələrində, Z.Hacıbəyov küçəsi, döngə 2, ev 8 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Kamran Xəlil oğlu əlindəki qumbara ilə özünü partladıb. Partlayışın gücündən onun bədəni bir neçə parçaya bölünüb və ətrafa səpələnib.
Ilkin məlumata görə, hadisə vaxtı K.Məmmədov evdə tək olub.
Dəhşətli olayın təfərrüatları hələlik məlum deyil.