Azərbaycanda prezident seçkilərinin yaxınlaşması ilə hakimiyyət etirazçı elektorata münasibətini sərtləşdirir.
Belə ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinə (polis əməkdaşının və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) dəyişikliklər təqdir edilib.
Layihəyə görə (maddə 310.1) ictimai asayişin qorunması zamanı polisə və ya hərbi qulluqçuya müqavimətə görə cəzanın yuxarı həddi 15 sutka həbs cəzasından 30 sutkaya qədər artırılacaq.
Bu cür cəza sərhədçilərin əmrinə tabe olmayan vətəndaşları da gözləyir (maddə 310.2). Yeniliyin Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə edilib (contact.az)


