ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşar Əsədin xalqa qarşı kimyəvi silahlardan istifadə etdiyi təqdirdə, o ölkə ilə bağlı ölçülərin nəzərdən keçiriləcəyini deyib.
Hakimiyyətinin ikinci dönəminin 100-cü günü münasibəti ilə təşkil etdiyi mətbuat konfransında ABŞ dövlət başçısı bildirib ki, kimyəvi silahlar oyunun şərtlərini dəyişə bilər.
Ağ Evdə danışan prezident Pentaqon, ABŞ ordusu və kəşfiyyat orqanlarına onu məlumatlandıqdıqlarına görə təşəkkürünü bildirib. Lakin o, təfərrüata varmayıb. Barak Obama Suriya münaqişəsinin həlində artıq yaxından iştirak etdiyini deyib.
Böyük təəssüf hissi ilə Boston hücumlarından danışan prezident Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.