«Borussiya» finalda

Çempionlar liqasının 1/2 mərhələsinin təkrar oyunları çərçivəsində Madrid «Real»ı öz meydanında Dortmund «Borussiya»sını qəbul edirdi. Oyun meydan sahiblərinin 2-0 qələbəsi ilə başa çatsa da, finala almanlar çıxdı. «Real»ın qollarını 83-cü dəqiqədə Benzema və 88-ci dəqiqədə Ramos vurub. Lakin bu ilk oyunda «Borussiya» 4-1 hesabı ilə qalib gəldiyindən finala çıxan tərəf də məhz almanlar olub. «Borrusiya» finalda rəqibini gözləyir.