Türkiyəli müğənniyə Bakıda 7 minlik telefon bağışladılar

Bir neçə gün öncə Bakıya gələn türkiyəli müğənni Ebru Polada burada 7 minlik telefon hədiyyə edilib. “Axşam.az”ın məlumatına görə, bu barədə Ebru “Show” TV-yə açıqlamasında bildirib. O deyib ki, azərbaycanlılar çox əliaçıqdılar: “Onlar bizi çox sevirlər”.

Xatırladaq ki, Ebru Polad Bakıdan getdikdən sonra “Tvitter”dəki səhifəsində özünə azərbaycanlı ər tapdığını bildirib. Müğənni deyib ki, yaxın günlərdə toyu baş tutacaq.