Suriyanın baş nazirinə sui-qəsd oldu (FOTOLAR)

Suriyanın baş naziri Vail əl Nadir Halkiyə qarşı sui-qəsd olub. Baş nazirin avtomobilinə bombalı hücum təşkil edilib.
“Hürriyet” qəzetinin yazdığına görə, hücum nəticəsində azı 7 nəfərin öldüyü bildirilir. Lakin Halki sui-qəsddən salamat qurtula bilib.
Suriyanın dövlət televiziyası baş nazirə Dəməşqin Əl Məzzə məhəlləsində “terrorçuların” hücum etdiyini xəbər verib.
Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı hücum zamanı əl Halkinin cangüdənlərindən birinin öldüyünü, digər cangüdəni və sürücüsünün isə yaralandığını məlumat verib.