Rza İbadovun açıqladağı faktlar bomba effekti verə bilər

Elşad Abdullayevin yaydığı videoda adı hallanan sabiq deputatın geniş açıqlama verəcəyini anons etməsi hakimiyyəti narahat edib

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin reketoru Elşad Abdullayevin mandat alverilə bağlı yaydığı videonun tam versiyasında adı hallanan başqa bir sabiq deputat Rza Ibadov bu məsələ ilə bağlı geniş açıqlama verəcəyini bildirmişdi.
Oxucuların yadına salaq ki, Rza Ibadovun adını Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva hallandırmışdı. “Yazıq Rza özünü niyə öldürür? Deyir mənim kimi oğlanı qoyublar qırağa, alverçini, diktofonla danışanı çıxarıblar ora. Deyir mənim günahım nədir. Dağıdaram Azərbaycanı əgər keçməsəm”, – deyə o, parlament seçkilərilə bağlı Elşad Abdullayevlə söhbətində bildirmişdi.
“Azadlıq”a daxil olan məlumatlara görə, Rza Ibadovun açıqlama verəcəyini anons etməsi hakimiyyəti narahat edib. Çünki o, danışarsa, açıqladığı faktlar bomba effekti verə bilər. Hətta Elşad Abdullayevin açıqladağı faktlar kölgədə qala bilər. Çünki Rza Ibadov hakimiyyətin mətbəxinə bələd adamdır. Ölkə başçısı Ilham Əliyevlə dostluq münasibətləri  olub. Onun hətta ölkə başçısı ilə biznes ortağı da olması da söylənilir. Bundan başqa nəqliyyat naziri Ziya Məmmədov, föövqəladə hallar naziri Kəmaləddin Heydərov və başqa iri çəkili oliqarxlarla şəxsi münasibətləri olan Rza Ibadov onların qaranlıq biznesləri barədə dəhşətli faktlara malikdir.    
Xatırladaq ki, hələ bir müddət əvvəl Rza Ibadov Interpol vasitəsilə axtarışa veriləndə o, hakimiyyəti hədələmişdi.
“Mənim bildiklərimi Azərbaycanda çox az adam bilir. Məni burda Londonda dindirməsinlər. Bax orda özlərini böyük adam kimi hiss edənlər haqqında elə şeylər deyərəm ki, bomba kimi partalayar. Bir də millətin içinə çıxa bilməzələr”, – deyə ob bəyan eləmişdi.

Azad