aliyevin-yeni-sarayi

İlham Əliyevin yeni sarayı Türkiyə mediasında

aliyevin-yeni-sarayiSarayın tikintisi üçün Türkiyədən xüsusi daşlar gətirilir

Türkiyənin “Hürriyet” qəzetində Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Bakıda tikilən yeni sarayı barədə məlumat verilib.
Məlumatda bildirilir ki, sarayın elektrik işləmələrini Türkiyənin Dənizli şəhərində təsis olunmuş “Akgün Elektrik” firması öz üzərinə götürüb. Sarayın bütün elektrik sistemlərinin avtomatlaşdırmasını təmin edən enerji nəzarəti sisteminin tenderini bu firma qazanıb.
Məlumatda o da qeyd olunur ki, sarayın tikintisində Türkiyənin Isparta şəhərində istehsal olunan və “Isparta daşları” kimi tanınan daşlardan istifadə olunur. Daş fabriki Əliyevin sarayı üçün xüsusi daşlar istehsal edir.

Bəyim