Aprelin 15-də tələbədən rüşvət aldığına görə saxlanılan Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin necə saxlandığını əks etdirən videogörüntülər yayılıb. Görüntülər İTV-nin “Qanundan kənar” verilişində efirə verilib.
Verilişdən aydın olur ki, prorektor göz xəstəliyindən müalicə almaq üçün akademik məzuniyyət istəyən tələbəni günlərlə get-gələ salıb, bunun üçün ondan tibbi arayış və başqa lazımi sənədlərlə yanaşı 500 manat rüşvət istəyib. Tələbə tibbi arayış və lazımi sənədləri təqdim edəcəyi halda nəyə görə rüşvət də verməli olduğunu deyəndən sonra isə prorektor istədiyi məbləğdən 100 manat “güzəşt edir”. Tələbə tibbi arayışı və tələb olunan 400 manatı əldə edərək proroektorun qəbuluna gəlir. Bundan sonra isə…
Nə baş verdiyini videodan izləyin.
Aldığı rüşvət prorektorun boğazında belə qaldı (VİDEO)
•
•