Polad İstehsalı Kompleksi PA rəhbəri ilə generalı üz-üzə qoyub
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə prezidenti şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubov üzə-üzə gəlib. Bu barədə qəzetimizə daxil olan məlumatda deyilir ki, buna səbəb hər iki şəxsin Polad Istehsalı Kompleksinin rəhbərliyinə namizədlərinin olması ilə bağlıdır.
Məlumat üçün deyək ki, bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyev Polad Istehsalı Kompleksinin yaradılması barədə sərəncam imzalayıb. Əslindi bu kompleksin yaradılması Ramiz Mehdiyevin iradəsilə baş verib. Hələ bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, PA rəhbəri metal sahəsini monopoliyaya alır. Bu məqsədlə də xüsusi qurum yaratmaq niyyətindədir. Həmin qurumun rəhbərliyinə isə yaxın şəxslərdən birini təyin etdirmək istəyir.
Ramiz Mehdiyev Polad Istehsalı Kompleksinin yaradılması barədə sərəncamın imzalanmasına nail olduqdan sonra Bəylər Əyyubov da iddiasını ortaya qoyub. Bildirilir ki, onun da metal sahəsində xeyli payı var və o, bu sahənin tamamilə Ramiz Mehdiyevin nəzarətinə keçməsini istəmir. Bu baxımdan da Bəylər Əyyubov yaradılacaq kompelksə özünə yaxın şəxsi rəhbər təyin etdirməyə çalışır.