Unikal Azərbaycan mafiyası

Yalnız Azərbaycanda qadına mafiyanın sözçüsü kimi səlahiyyət verilir

Gülər Əhmədova ilə bağlı Elşad Abdullayevin yaydığı videoroliklər yenidən gündəmə gəldi. Bu dəfə də köhnə və təsdiq olunmayan versiya yenidən dövriyyəyə buraxıldı. Belə ki, Gülər Əhmədovanın vəkili Rusiyada hansısa ekspertiza mərkəzinin bu videoların saxta və montaj məhsulu olduğu barədə rəsmi rəy verdiyini bildirib. Əlbəttə, bu aşıqlamanın arxasında, hələlik, heç bir sənəd dayanmır. Buna baxmayaraq, açıqlama ictimai maraq doğurub.
Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin keçmiş dekanı Sədiyar Zeynalov bu barədə mülahizələrini bildirib. O deyib: «Iqtidar mətbuatında tez-tez Elşad Abdullayevin yaydığı videoları, guya, montaj etməsilə bağı iddialara rast gəlinir və deyilir ki, hər hansı komputerdə bunu etmək mümkündür. Buna yalnız heç bir savadı olmayan insan inana bilər. Birincisi, 10 dəqiqəlik videonu hansısa istəklə kombinasiya etmək üçün 100 saatlarla video material lazımdır. İkincisi, ancaq 1999-cu ildə ABŞ-ın Mərkəzi Kəşviyyat İdarəsi səsin tam rekonstruksiyasına nail olub. Azərbaycan şəraitində bunu etmək isə hələ ki, nə nəzəri, nə də praktiki cəhətdən mümkün deyil. Üçüncüsü, Elşad Abdullayevin danışıqları audio və video qeydə alması barədə mən hələ o vaxtlar məlumatlı idim. Bu növ işlə Azərbaycanda tək o məşğul olmayıb. Məsələn, Hacı Məmmədov bütün danışıqların videosunu aparıb. Bu işlə məşğul olan bir prokurorluq işçisini də tanıyıram və s »..

Başqa bir məsələ isə bundan ibarətdir ki, Elşad Abdullayev bu söhbətləri necə videoya ala bilib. Axı, konkret bir məsələ ilə bağlı yüksək ranqlı adamları öz iş otaöına dəvət etmək, onlarla söhbətləri də videoya almaq o qədər də asan deyil. Sədiyar Zeynalov bu məsələyə də münasibət bildirib : «Elşad Abdullayevin yaydığı videolara düşən ən yüksək ranqlı hakimiyyət nümayəndəsi Gülər Əhmədovadır. O, hakimiyyətin birinci eşalonu olmasa da, ikinci eşalonun üzvü idi və indiki hakim mafiyanın kriteriyalarına görə kobud səhvlərə yol vermişdi. Birincisi, o, danışıqları “öz ərazisində” aparmalı idi. Bu mafiyanın əsas qanunlarından biridir. İkincisi, o, kimsənin adını lap yanakı da olsa, çəkməli deyildi. Üçüncüsü, o, bu iş açılandan sonra həmin dəqiqə hər şeyi öz boynuna götürməli idi. Bir sözlə o, “omerta” prinsiplərini pozmamalı idi. Nəhayət, kül bu rejimin başına o vaxt olmuşdu ki, mafiya üzvü kimi sıralarına qadın qəbul etmişdi. Xarici mafiya təcrübəsində (həm dövlət, həm kriminal) bu istisnadır».

Hikmət