Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR-ya yeni nazir təyin edib. Lent.az-ın məlumatına görə, Vasif Talıbovun sərəncamı ilə Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Elşad Əliyev buna qədər Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 22-də imzaladığı sərəncamla bu vəzifədən azad olunub. Elşad Əliyevi Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində Elşad Məmmədov əvəzləyib.
Əliyevin işdən çıxardığını Talıbov nazir elədi
•
•


