“Fənərbağça” qalib gəldi

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Türkiyənin “Fənərbağça” klubu öz meydanında Portuqaliyanın “Benfika” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu Egemen vurub.

Digər qarşılanmada isə İngiltərənin “Çelsi” klubu səfərdə İsveçrənin “Bazel” komandasını məğlub edib – 1:2.