Mirvari Qəhrəmanlı: «Dövlət Neft Şirkətinin ictimaiyyətdən gizli kommersiya sirləri ola bilməz»
SOCAR Türkiyənin “Star” Media Qrupunu aldı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “Star” Media Qrupu arasında bir müddətdir davam edən danışıqlar yekunlaşıb. Türkiyə mətbuatını yazdığına görə, artıq tərəflər razılığa gəliblər. “Star” Media Qrupunun şəriki, “Rixos” hotellərinin sahibi Fettah Tamince SOCAR-la təxminən 10 gün əvvəl alqı-satqı danışıqlarına başladıqlarını açıqlamışdı. “Star” media qrupu Fettah Tamince və Tevhit Karakayanın ortaq mülkiyyətidir. Qrupa “Star” qəzeti və Kanal 24 televiziyaları daxildir.
Anlaşmanın SOCAR-a hansı məbləğə başa gəldiyi isə açıqlanmır.
SOCAR-ın rəsmi saytında “SOCAR-Media” Ictimai Birliyinin ARDNŞ-in Türkiyədəki investisiya layihələrinin təbliği üçün yerli media qurumları ilə danışıqlar apardığı barədə məlumat verilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə müxtəlif qruplarla danışıqlar getdiyini və hələlik təzə məlumatın olmadığını açıqladı. Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələr və xərcləri ilə bağlı məlumat verməməsi qurumun fəaliyəti ilə bağlı da müəyyən suallar yaradır.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ARDNŞ, ümumiyyətlə, öz xərclərini açqlamadığını deyir. Şirkət neçə illərdi “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın pay bölgüsündə əldə etdiyi gəlirləri hara xərclədiyi barədə informasiya vermir. Sorğulara cavab olaraq isə belə bir hüquqlarının olduğunu deyirlər. Amma əslində dövlər neft şirkətinin məlumatları ictimaiyyət üçün açıq olmalıdır.
M.Qəhrəmanlının sözlərinə görə, BP bütün hesabatlarını açıqladığı halda ARDNŞ-in bunu etməməsi anlaşılan deyil. ARDNŞ-in auditə təqdim etdiyi hesabatları açıqlamasına hökumət komissiyası da maraq göstərmir: “ARDNŞ qoyduğu sərmayələr, aldığı müxtəlif adalar, mülklər vətənlaşların illərlə gözlədiyi neft pulları hesabınadır. 4-5 il ARDNŞ ”Doyç bank”dan 87 mln dollar kredit götürdü. Bu pulun nədən örtü alındığı ilə bağlı sorğumuz cavabız qaldı. ARDNŞ dövlət şirkəti olduğundan onun ictimaiyyətdən gizli kommersiya sirləri ola bilməz. Bütün bunlar şirkətin fəaliyyətində şübhələr yaradır”.
Fizzə