İranda prezidentliyə mümkün namizədlərdən biri – Məhəmməd Bağır Ghalibaf deyib ki, prezident Mahmud Əhmədinejad-ın yəhudi soyqırımını danması İranın xarici münasibətlərini korlayıb, fələstinlilərə isə ziyandan başqa heç nə gətirməyib.
Bu barədə İsrailin «Jerusalem Post» qəzeti yazır.
Ghalibaf «Tasnim» agentliyinə müsahibəsində bəyan edib ki, Əhmədinejad-ın İkinci Dünya müharibəsi zamanı 6 milyon yəhudinin öldürüldüyünü danması sionistlərin – İsrailin əlinə bəhanə verib.
azadlıqradiosu


