“Qaynar.info” 6 yaşını qeyd etdi

 “Qaynar.info” xəbər portalı aprelin 25-də 6 yaşını qeyd edib. Sayt ölkənin ən uzunömürlü və ilk yaranmış internet resurslarından biridir. Portalın baş redaktoru Şəmşad Ağa hesab edir ki, bu 6 ildə Azərbaycanın nüfuzlu xəbər mənbələri sırasına daxil ola biliblər.
“Bu ildən qarşımıza yeni hədəflər qoymuş, brendimizi tamamilə yeniləmişik. Bu, oxucuların da böyük dəstəyini qazanıb. Tezliklə saytımızın bir çox fərqli layihələrini də təqdim edəcək”, – deyə baş redaktor bildirib.
Şəmşad Ağa portala 2013-cü ilin yanvar ayından rəhbərlik edir.