İki türk qabını 850 000 funt-sterlinqə aldılar

Təxminən 1575-ci ildə Türkiyənin İznik şəhərində hazırlanmış iki şərab kuzəsi 850 min funt-sterlinqə Britaniyadakı Trelissick House qəsrinin sahibləri Koupland ailəsi tərəfindən satın alınıb.

İngiltərənin Kornuol qraflığındakı qəsrin sahibləri bu kuzələrdən birinə 547250, digərinə isə 301250 funt-sterlinq ödəyiblər. Kuzələrin qiymətlərində fərqlər onların rəngləri ilə bağlıdır.
İznik şəhəri çox incə, keyfiyyətli çini və kaşı məmulatları ilə məşhurdur. İstanbuldakı Sultan Ahmet məscidinin divarları məhz bu şəhərdə hazırlanmış kaşı ilə örtülüb (milli.az).

Kuzələri satışa çıxarmış Bonhams hərrac evinin sahibi Rocer Tappinin dediyinə görə, kuzələri Lolonard Donhem Kanliff satın alıb.