Emin Milli: “Digər liderlərdən də bu cür mövqe gözləyirik”
Demokratik düşərgənin birləşməsi və seçkidə bir namizədlə çıxış etməsi ilə bağlı AXCP sədri Əli Kərimlinin partiya fəallarının müşavirəsində səsləndirdiyi fikirlər geniş ictimai dəstək qazanmaqdadır. Əli Kərimlinin çağırışını yüksək qiymətləndirənlərdən biri də hazırda “Meydan” TV layihəsi üzərində işləyən ictimai fəal və yazar Emin Millidir.
Emin Milli hesab edir ki, xalq müxalifətin şəxsi ambisiyaları kənara qoyub, özünü təşkil edə bildiyini görməlidir. Əks halda xalq hərəkatı olmayacaq. “Dəqiq və aydın proqramla xalqı inandırmaq daha önəmli məsələdir. Bir addım geri atmaq bacarığı liderliyin qızıl qaydalarından biridir. Əli Kərimli ortaya düz və səmimi mövqe qoyur. Digər liderlərdən də bu cür mövqe gözləyirik”- deyə Emin Milli bildirib.
İlham


