“El” hərəkatının sədri Eldar Namazov indiki hakimiyyətin dövründə keçirilən seçkiləri Mozambikdə miqren xəstələrinin müalicə üsuluna bənzədib. Namazov Mozambikdə miqrenləri necə müalicə etdiklərini əks etdirən videonu özünün Facebook səhifəsində belə bir qeydlə paylaşıb: “Mozambikdə Azərbaycan sayağı seçkilər: Hakimiyyət, Xalq və Beynəlxalq müşahidəçi”.
Videoda 3 mozambikli görürsünüz. Yerdə çöməlib oturan xəstədir. Onun başına nəsə səpərək sonra da qapazla vuran isə “həkimdir”. Üçüncü şəxsin nəçi olduğu isə bəlli deyil.
Belə anlaşılır ki, “El”in sədri öz bənzətməsində Azərbaycan hakimiyyətini mozambikli “həkim”, xalqını isə yerə çömələn xəstə timsalında təsvir edir. Müalicə prosesini izləyən mozambiklini isə beynəlxalq müşahidəçi qismində göstərir.
Ən maraqlısı, müalicə müddətində mozambikli həkimlə xəstə hansısa mətni də avazla oxuyurlar və bu, Eldar Namazovun bənzətməsinə əlavə məna qatır.
“El” sədrindən maraqlı bənzətmə: Azərbaycanda seçki və Mozambikdə müalicə (VİDEO)
•
•