Çelsi klubunun müdafiəçisi Branislav İvanovici dişlədiyi üçün Liverpul komandasının hücumçusu Luis Suarez 10 matçda iştirak edə bilməyəcək.
Bu qadağanı Futbol Assosiasiyası qoyub.
Hadisə bazar günü tərəflər arasında 2-2 hesabı ilə başa çatan oyun zamanı baş verib.
26 yaşlı hücumçu Suarez Çelsi müdafiəçisini dişlədiyi üçün sonradan üzr istəsə də, Liverpul tərəfindən cərimə edilib.
FA-nın qərarına etiraz etmək üçün cümə günü günortayadək vaxtı olan klub qadağa vaxtının bu qədər uzun olmasından “şok və məyus” olduğunu deyib.
Suarez qadağanı bəyan etsə də, yalnız 3 oyundan kənarlaşdırılmalı olduğunu bildirib.
İlk dəfə deyil ki, Suarez kobudluğuna görə cərimə olunur. 2010-cu ilin noyabrında PSV Endhoven yarımmüdafiəçi Otman Bakkal-ı dişlədiyi üçün Suarezin 7 oyunda iştirakı qadağan olunmuşdu.
Liverpul komandasında isə 2011-ci ilin dekabrında Mançester Yunayted oyunçusu Patris Evra-nı irqçi sözlərlə təhqir etdiyi üçün o, 8 oyundan kənarlaşdırılmış və FA tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunmuşdu.