Qənimət Zahiddən “Azadlıq”a dəstək çağırışı (VİDEO)

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid “Azərbaycan saatı” proqramının bazar günü buraxılışlarında yer alan “Qənimət Zahiddən 500 kəlmə” rubrikasında bu dəfə rəhbərlik etdiyi qəzetə təzyiqlər, o cümlədən məhkəmə cərimələri və hesabına həbs qoyulmasına münasibət bildirib. O, oxucuları “Azadlıq” qəzetinə bu ağır vaxtında dəstək olmağa çağırıb.