“ABŞ Əsədin getməsinə nail olacaq”

ABŞ prezidentinin bu bəyanatı Suriya hakimiyyətinin kimyavi silah istifadənin mümkünlüyü ilə bağlı yeni məlumatlar fonunda Qətar əmiri ilə görüş zamanı səslənib. Obama hələlik bu xəbərlər təsdiqlənəcəyi təqdirdə atacaqları addımlar barədə danışmaq istəmədiyini deyib. ABŞ prezidenti Suriya prezidenti Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına və bu ölkədə demokratiya qurulmasına nail olmaq üçün Qətar və digər ölkələrlə sıx əməkdaşlıq etdiklərini də bildirib. Obama yaxın aylarda ölkəsinin Suriya müxalifətinə yardımı artıracağını da açıqlayıb. O həmçinin Vaşinqtonun BMT-nin Əsədin maneəçilik yaratdığı araşdırmalarına dəstək verəcəyini də deyib.