Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər İdarəsinin rəisi İlham Babayev tutduğu vəzifədən azad edilib. Moderator.az-a Gəncədəki mənbələrdən verilən xəbərdə bildirilir ki, bu barədə əmri Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov dünən imzalayıb. Onun yerinə isə Masallı rayon Milli Təhlükəsizlik İdarəsinin rəisi Əli Əliyev təyin edilib.
İlham Babayev isə hazırda sərəncama göndərilib.
Xəbəri dəqiqləşdirmək üçün MTN-nin mətbuat xidmətinə etdiyimiz zənglər cavabsız qaldı.