QOÇ
Yaxın ətrafınızdakı insanlar sizi xilaskar kimi görürlər. Təklif olunacaq yeni işə hazır olun. Başqasının əvəzinə qərar qəbul edərək onun işini görəcəksiniz. Axşam saatlarında yeməyinizə diqqət yetirin.
BUĞA
Başqa şəxsin işlərinə müdaxilə ilə özünüzə problemlər yarada bilərsiniz. Yaxşı olar ki, yaranmış problemləri aradan qaldırasınız. Günün ikinci yarısında fiziki iş və ya təmirin işlərində fayda var.
ƏKIZLƏR
Bir çox işlərin öhdəsindən gələcəksiniz. Gündəlik işlərə üstünlük verin. Bu gün ev işləri, dostlar və qohumlarla təmasların sayı artacaq. Axşam saatlarında qonaq gedə bilərsiniz.
XƏRÇƏNG
Uğurlu gündür. Tələsmədən çalışmağınız məsləhətdir. Münasibətlərdə səmimi olun. Şəxsi münasibətlərə daha çox diqqət yetirin. Tənbəllik və süstlük etməyin.
ŞIR
Imkanlarınızı dəyərləndirin. Yaxın gələcəyinizlə bağlı planları reallaşdırın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə ciddi dəyişikliklər ola bilər. Sizə yardım etmək istəyən adam tapılacaq.
QIZ
Sərfəli imkanı görməyə çalışın. Çoxdan planlaşdırdığınız alış-verişi reallaşdırmaq üçün əlverişli vaxtdır.
Ünsiyyət dairəsini genişləndirin. Axşam saatları aktiv istirahət üçün yaxşıdır.
TƏRƏZI
Işdə emosional çıxış etməsəniz müsbət nəticələr əldə edə bilərsiniz. Alış-verişdə pulu ürəklə xərcləyə bilərsiniz.
Axşam saatları ev işləri və ailəvi ünsiyyət üçün yararlıdır.
ƏQRƏB
Bu gün çox işlərin öhdəsindən gələcəksiniz. Uzaq səfər, sizdən uzaqda olan insanlarla əlaqələr üçün əlverişli gündür. Şəxsi münasibətlərdə irəliləyiş olacaq.
OXATAN
Heç nədən problem yaratmayın. Şəxsi münasibətlərdə konkretlik nümayiş etdirin. Dostlarla ümumi hədəfi müzakirə etmək olar. Axşam saatlarında istirahət edərək stressdən qurtulun.
OĞLAQ
Gərginliyin yaranmasına səbəb olmuş məqamı və ya hadisəni müəyyənləşdirin. Hadisələr qəflətən dəyişə bilər.
Ən ciddi problemləri itki və gərginlik olmadan həll etmək alınmayacaq.
DOLÇA
Yarımçıq qalan və tamamlanmasını tələb edən işləri bitirməyə çalışın. Yaxınlarınıza qarşı həssas, qayğıkeş olun. Birgə istirahət təşkil etməklə yaxın ətrafınızdakı insanları sevindirin. Axşam saatlarında çox yeməyin.
BALIQLAR
Yaxın ətrafınızdakı insanların maraqlarına diqqətlə yanaşın, onlarla planları müzakirə edin. Axşam saatlarında istirahət etməyə çalışın. Maraqlı məkana baş çəkin, əylənin, dostlarla görüşün.
Günün ulduz falı (24.04.2013)
•