“Mançester Yunayted” 20-ci dəfə çempion oldu

“Mançester Yunayted” klubu növbəti dəfə ölkə çempion oldu. ANS PRESS-in verdiyi məlumata görə, İngiltərə çempionatının 34-cü turu çərçivəsində “Aston Villa” ilə görüşən komanda 3:0 hesabıyla “Aston Villa”ya qalib gəlib. Hər üç qol holland forvard Robin van Persinin aktivinə yazılıb.