“Barselona”dan biabırçı məğlubiyyət

“Bavariya” finala addımladı

Çempionlar Liqasının ½ mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın “Bavariya” komandası “Barselona”nı qəbul edib. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Bu da nəticədə öz əksini tapıb. “Bavariya” Müllerin 25 və 82 dəqiqələrdə, Qomesin 49 və Robenin 73-cü dəqiqədə vurduğu qollarla “Barselona”nı darmadağın edib. Təkrarın oyunun formal xarakter daşıyacağını indidən demək olar.

“Azadlıq.info”