AXCP üzvünün məhkəməsi başlayır

AXCP üzvü Dəyanət Babayevin məhkəməsinin vaxtı  müəyyən edilib. Bu barədə  AXCP  üzvünün  özü məlumat verib. Onun dediyinə görə, Nəsimi məhkəməsindən  aldığı bildirişdə  məhkəmənin aprelin 25-də saat 09:30 da  olması bildirilib. ” Həmin gün ilk hazırlıq iclası olacaq. Hakim  Xumar Mərdanova, dövlət ittihamçısı isə Rauf  Əsgərov olacaq. Mənim  isə hüquqlarımı vəkilim  Əsabəli  Mustafayev müdafiə edəcək. Məhkəmənin  düzgün aparılıb-aparılmayacağına gəlincə, bu barədə söz demək hələlik çətindir. Bu məhkəmənin gedişatından aslı olacaq”.Xatırladaq ki , Dəyanət Babayev ötən ilin noyabrın 7-də  vətəndaş  Səlimov Tofiq Fuad oğluna fiziki təzyiq göstərməkdə ittiham olunur. Nəsimi rayon polis idarəsində  ona  Cinayət Məcəlləsinin  221.2.1   maddəsi ilə cinayət  işi  açılıb. Bir sıra yerli və beynəlxalq hüquq  müdafiə təşkilatları isə bu ittihamları qondarma sayırlar. (avropa.info)