Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 2 sərnişin avtobusu toqquşub. Bu barədə 92 saylı avtobus xəttinin nəzarətçisi Taleh Gülməmmədov ANS PRESS-ə məlumat verib.
Belə ki, “Bulaq” rastoranı yaxınlığında 83 saylı avtobus 92 saylı 10 BK 731 dövlət nömrə nişanlı avtobusa çırpılıb. Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir.


