Pariyanın Rəyasət Heyəti müxalifətin birliyi məsələsini müzakirə etdi
Aprelin 22-də AXCP Rəyasət Heyətinin iclası keçirilib. İclasin gündəliyində ictimai-siyasi, təşkilati və carı məsələlər olub.
Rəyasət Heyəti ilkin olaraq Bakıda və əyalətlərdə ötən həftə keçirilən müşavirələrin nəticələrini qiymətləndirib. Bakı, Sabirabad, Mingəçevir, Yevlax və Qəbələdə partiya tədbirlərinin alınmasında böyük fədakarlıq göstərən şəxslərə, eləcə də şöbələrə təşəkkür edilib. Ümumilikdə nəticələr müsbət hesab olunub.
Partiyanın Bakı şöbələri ilə keçirilən müşavirədə qəbul olunan qərarların icrası və onlara nəzarətlə bağlı iş bölgüsü müəyyənləşdirilib.
Partiyanın rayon təşkilatlarının vəziyyətinə ümumi baxış aparılıb, bir neçə rayon üzrə gücləndirilmiş müşavirələrin keçirilməsi qərara alınıb.
AXCP RH ölkədəki siyasi durumu da müzakirə edib. AXCP sədri Əli Kərimli müxalifətdaxili inteqrasiya istiqamətində aparılan danışıqlar, məsləhətləşələr barədə məlumat verib.
RH bu istiqamətdə görülən işləri təqdir edərək müxalifətin böyük birlik istiqamətində çalışmalarla bağlı partiya sədrinə xüsusi səlahiyyət verib.
AXCP RH 5 oktyabr ” hicaba azadlıq” aksiyasına görə həbs olunan 8 nəfərin bu gün ümumilikdə 44 il müddətinə azadlıqdan məhrum edilməsini anti-humanizm və qəddarlıq kimi dəyərləndirib. Həmin şəxslərin hüquqlarının müdafiəsi üçün lazımı addımları atmağa hazırlıq bəyan olunub.
Məlumatı AXCP mətbuat xidməti yayıb.