Məmmədyarovun Israil səfərinin pərdəarxası

elmar memmedyarov2Hakimiyət Təl-Əvivdən nə istəyir? XİN-in iddialı açıqlaması “iz azdırmaq” üçündür

Xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfərinin pərdəarxası məqamları ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Diplomatik mənbələrdən redaksiyamıza daxil olan həmin məlumatları oxucuların diqqətinə çatdırmamışdan öncə qeyd edək ki, Elmar Məmmədyarovun Israil səfəri diqqət çəkməyə bilməz.
Azərbaycan-Israil münasibətlərinin sıcaq olmasına baxmayaraq ölkəmizin Tel-Əvivdə səfirliyi yoxdur. Rəsmi Bakı açıq şəkildə etiraf etməsə də, Iran-Israil münasibətlərinin gərginliyi üzündən bu ölkədə səfirlik açmağı məqsədəuyğun saymayıb. Elmar Məmmədyarovun Israilə səfəri də ilk rəsmi səfərdir.   
Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu səfər barədə deyib: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi Yaxın Şərqdə baş verən prosesləri yaxından izləyir və proseslərə laqeyd qala bilməz”. O daha sonra əlavə edib ki, XIN başçısının Yaxın Şərqə səfəri zamanı hansısa saziş imzalanmayacaq.
“Azadlıq”a verilən məlumatda isə iddia edilir ki, Qərblə Azərbaycan hakimiyyəti arasında münasibətlərin gərginləşməsi  Elmar Məmmədyarovun Israilə səfərini zərurətə çevirib. Azərbaycan hakimiyyəti Qərbin təzyiqlərinin yumşaldılması, münasibətlərin normal məcrada davam etdirilməsinin təmin olunması üçün Israildən kömək istəyib. Xüsusilə ABŞ dövlət katibinin müavini Tomas Melianın Bakıda verdiyi mesajlardan sonra Azərbaycan hakimiyyəti Israilin bu istiqamətdə dəstəyinə ciddi ehtiyac duyub. XİN-in səfərlə bağlı açıqlaması isə bir növ, “iz azdırmaq” üçündür.
Lakin ekspertlər hesab edirlər ki, bu səfər uğurlu nəticə verməyə bilər. Onlar Israilin məşhur nəşri “Haarets” qəzetində Azərbaycan hakimiyyəti barədə dərc edilən ifşaedici materialı xatırladırlar.

Azad