Səfəvilər dövlətinin tarixində mühüm şəxslərdən biri
Tarixdə öz ağlı, döyüş hünəri, bacarığı və cəsurluğu ilə əfsanələşmiş çoxlu şəxsiyyətlər var. Belə şəxsiyyətlər sırasında mənşəcə Azərbaycan türklərindən olan yenilməz sərkərdə və dövlət xadimi Qarapiri bəy Qacarın adı da yer alır. I Şah Ismayılın ən cəsur sərkərdələrindən biri olan bu şəxsin haqqında tarixi salnamələrdə qısa, amma qeyri-adi hekayətlər var. Qəhrəmanlığına, çeviklik və qətiyyətinə görə, ona “Tozqoparan” ləqəbi vermişdilər.
Azərbaycan-türk sülaləsi olan Qacarlar monqol işğalı zamanlarında Irəvan ətrafında kök salmış, Səfəvi sülaləsini Azərbaycanda və Iranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar.
Qarapiri bəy ÿSəfəvilər dövlətinin ÿtarixində mühüm rol oynamış şəxslərdən biri sayılır. Tarixdən məlum olduğu kimi, I Şah Ismayılın atası ÿŞeyx Heydərin ÿüç oğlu vardı – Sultanəli, Ibrahim və Ismayıl. Demək olar ki, igid Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Cəsur sərkərdə və dövlət xadimi əvvəlcə onları himayə və tərbiyə etmiş, sonra isə onların hakimiyyətinə xidmət etmişdir.
XV əsrdəÿ Azərbaycandaÿ Əmir Teymurun varisləri iləÿ Ağqoyunlu və ÿQaraqoyunluÿpadşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Zamanlaÿ Ağqoyunluların ən görkəmli hökmdarıÿ Uzun Həsənÿöz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi hərbi-sufi təriqətlərindən səfəviyyənin başçısı Şeyx Cüneydə arxalanmaq istəyir. O, əvvəlcə öz bacısı Xədicə bəyimi ona verir, sonra isə qızı Teodora-Aləmşahbəyimi Şeyx Cüneydin oğlu şeyx Heydərə verir.
Tarixdən məlum olduğu kimi, Şeyx HeydərÿŞirvanÿüzərinə yürüş zamanı ölür. Onun ölümündən sonra Uzun Həsənin varisiÿYaqub bəy Ağqoyunluÿ səfəvilərinÿ get-gedə artan nüfuzu və hərbi gücü qarşısında qorxuya düşərək, Ərdəbili tutur. O,ÿ Şeyx Heydərinÿazyaşlı oğlanlarını əsir götürür. Sonralar 1490-cı ildə hakimiyyətə Uzun Həsənin digər oğluÿ Baysunqur gəlsə də, bircə il sonra əmisi oğluÿRüstəm şah Ağqoyunlu ÿtərəfindən devrilir.ÿ Şirvanşah Fərrux Yasarın qızlarından birinə evlənmiş Baysunqur onun yanına qaçır. Rüstəm şah Şeyx Heydərin oğlanlarını azad edir və Ərdəbili onlara qaytarır. Rüstəm bəy Səfəviyyə şeyxi olan Sultanəli bəydən Baysunqur və onu himayə edən şirvanşahlara qarşı mübarizəsində ona kömək göstərməsini xahiş edir. Beləliklə, Sultanəli bəy də həmin yürüşdə iştirak etməyə söz verir. Qarapiri bəyin adı ilk dəfə bir sərkərdə kimi tarixdə Rüstəm şahla Baysunqurun apardığı döyüşlə əlaqədar xatırlanır. Ağqoyunlu Rüstəm şah Sultanəli bəyin dəstələrini öz qoşununa qatır və bu dəstələrdən birinə Qarapiri bəy Qacar başçılıq edir. Bu yürüşdə Sultanəli bəy və onun dəstələri görünməmiş igidlik və cəsarət nümunələri göstərirlər. Gərgin döyüşlərdə Baysunqur məğlubiyyətə uğrayır. Sultanəli bəy isə bu döyüşdə iti ağıl, mərdlik və sərkərdəlik hünəri nümayiş etdirməklə özü öz qətlinə fərman vermiş olur.
Müstəqil Azərbaycan dövlətinə doğru
1494-cü ildə Sultanəli bəy igidliyindən təşvişə düşüb onu rəqib gözündə görən müttəfiqi Rüstəm şah qoşunlarını onun üzərinə yeridir. O, Ağqoyunlu Rüstəm şahın dəstələri ilə döyüşdə həlak olur, ancaq ölümündən azca əvvəl kiçik qardaşı Ismayılı səfəviyyə təriqətinin şeyxi təyin etməyə imkan tapır.
Ismayıl həddi-buluğa çatana qədər Rüstəm şahdan gizlənməli olur. Bu işdə ona öz hamiləri və tərəfdarları kömək edirlər. Qarapiri bəy isə daim onun yanında olur. Nəhayət, Ismayıl 13 yaşına çatanda fəal hərəkətə keçir. Qarapiri bəy də, başqa lələləri də onun qərarını müdafiə edirlər. Qoşun toplanışı və müttəfiqlər axtarışına başlanılır. Qərar əsasında ilk yürüşüÿ Şirvana, Fərrux Yasarın üzərinə təyin edirlər. Ismayılın babası və atası Şirvan uğrunda həlak olduqlarından, cavan şeyx ilk qələbəsini məhz burada qazanmaq istəyir.ÿ1500-cü ilin sonlarında Gülüstan qalası yaxınlığında Ismayılın və gələcək Səfəvi dövlətinin taleyini həll edən məşhur döyüş baş verir.
Bu barədə tarixi məlumatlara istinad edən “Vikipedia” yazır ki, həmin döyüşdə öz ömür-günlərini Ismayılla bağlamış və ona sədaqətinə görə “dövlətin sütunları” adını almış qızılbaş tayfa başçılarının hamısı iştirak edirlər. Ismayılın layiqli hərbçi və hökmdar kimi yetişməsində böyük rol oynamış Qarapiri bəy digər “sütunlar” kimi bu döyüşdən qalibiyyətlə çıxmaq üçün ciddi səylər göstərir. Şirvanşahın yetərincə güclü və sayca çoxluq təşkil edən qoşunu hələ 14 yaşı tamam olmamış cavan bir sərkərdənin qarşısında dayana bilmir. Sağ qalan şirvanlılarÿ Gülüstan qalasında (Şamaxı)ÿ gizlənirlər. IsmayılÿBakı ÿüzərinə uğurlu yürüşündən sonra Gülüstan qalasının mühasirəsini davam etdirir. Bu zaman o,ÿTəbrizdən narahatlıq doğuran xəbərlər alır və buna görə də “sütunları” yanına çağırıb soruşur: “Siz nəyə üstünlük verirsiniz,ÿ Azərbaycan taxt-tacına, yoxsa Gülüstan qalasına?”. Onlar da bir səslə Azərbaycanı istədiklərini bildirirlər.ÿ Təbrizÿ mütləq Ağqoyunlu ÿhakimiyyətindən qurtulmalıdır.
Ən önəmli döyüşdəki ən önəmli zərbə…
Elə bu zaman Azərbaycan hakimi Ağqoyunluÿ Əlvənd Mirzə Ismayılın qarşısına çıxmaq üçünÿ Naxçıvanaÿgəlir. Qarapiri bəy Qacar qızılbaş qoşunlarının ÿKürdən keçməsini təmin edir. O, həm də Ilyas bəy Halvaçı oğlu ilə Naxçıvana girən Ismayılın qoşunlarının ön cinahında dayanır. Onlar qızılbaşların qarşısını almaq üçün göndərilmiş dəstələri darmadağın edərək, Naxçıvana yolu açırlar.
1501-ci ildə Əlvənd Mirzə 30 minlik ordusu iləÿ Şərur ÿdüzündə Ismayılın 7 minlik qoşununa hücum çəkir. Ismayıl qoşunun ortasında qərar tutur. Qarapiri bəy cinahlardan birində dayanır. Qazanılan parlaq qələbədən sonra IsmayılÿTəbrizə girərək, tac qoyur və şah taxtına əyləşir.
Ismayıl öz ordusunu elə həmin il Iraq üzərinə göndərir. Ismayılın vəÿ Iraq ÿsultanı Muradın qoşunlarıÿ1503-cü ilin ÿ21 iyunundaÿ Həmədanÿ yaxınlığında qarşılaşırlar. Qarapiri bəy 1500 süvari ilə ehtiyatda qalır. Sultan Muradın ön cinahında qərar tutanÿ Qumÿhakimi Islamiş bəy qızılbaşların hücumunu dəf edərək qoşunun içərilərinə doğru soxulmağa cəhd göstərir. O, Şah Ismayılın qoşunun içərilərində olduğunu bildiyindən, bu cəhdlərini artırırdı. Şah Ismayılın da, döyüşün də taleyi təhlükə altına düşür. Elə bu zaman Qarapiri bəy gizləndiyi yerdən çıxaraq, döyüşə qoşulur. Islamiş bəyin qoşunu tamamilə darmadağın olunur, onun özü isə əsir düşür.ÿSultan Muradın bu hücumdan sonra düşkün bir mənəvi duruma gətirilmiş qoşunu dağılır və I Şah Ismayıl Iraqi-Əcəmə və Farsa sahib olur.
Təəssüf ki, “tozqoparan” ləqəbli sərkərdə və döyüşçü Qarapiri bəy Qacar haqqındakı məlumatlar çox azdır. Amma tarix salnamələrindəki bu qısa məlumatlar da onun əsl sərkərdəlik hünərlərindən xəbər verir. Bu faktlar onun ÿI Şah Ismayılın həyatında və ÿSəfəvilər dövlətinin yaranmasında əvəzsiz xidmətlər göstərməsini də sübuta yetirir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir