Moskva Azərbaycanla açıq sərhədi bağlayır

Yalnız ləzgilər vizasız keçə biləcək

Putin: “Məhdudiyyət Vahid Gömrük Birliyi və Vahid iqdisadi Məkana aid olan dövlətlərin vətəndaşlarına şamil olunmur”

Rusiya prezidenti Vladimir Putin Vahid İqtisadi Məkana daxil olmayan ölkələrlə bağlı sərhəd rejimini sərtləşdirmək qərarını açıqlayıb (Modern.az). Yeni məhdudiyyəti aprelin 18-də Putin və Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadonovski müzakirə ediblər. Putin bu barədə Federal Miqrasiya Xidmətinin rəhbərinə müvafiq göstərişlərini verib.
2015-ci ilin 1 yanvarından etibarən MDB ölkələrindən olan miqrantlar Rusiyaya ancaq xarici pasportla gedə bilcəklər. Bununla bərabər ölkəyə yeni giriş qaydası Gömrük Birliyinə aid olan ölkələrin vətəndaşlarına şamil olunmur.
Putin sərhəd miqrasiyası zamanı beynəlxalq təcrübəyə əsaslanmağın zəruri olduğunu bildirib. O, bəyan edib ki, Rusiya ilə həmsərhəd ölkələrdə yaşayan sərhədyanı rayonların sakinləri güzəştli şərtlərlə sərhəddi keçəcəklər. “Sərhədyanı rayonların sakinləri güzəştli qaydada sərhədi keçə biləcəklər”- deyə Putin bildirib.
FMX rəisi qeyd edib ki, hal hazırda MDB ölkələrindən olan miqrantların çoxu Rusiyaya milli pasportlarla gəlir. Bu da qeydiyyat məsələlərində problemlər yaradır. Bununla əlaqədar Romadonovski yeni qaydanın tətbiqinin sürətləndirilməsini, yarım il dən sonra qüvvəyə mindirilməsini təklif edib.
«Yarım il partnyor ölkələrin öz vətəndaşları üçün lazımı sayda xarıcı pasposrt çap etmələri üçün az vaxtdır” – deyə Vladimir Putin Romadonovskinin fikri ilə razılaşmayıb. Bununla da qərarın qüvvəyə minəcəyi rəsmi tarix 1 yanvar 2015-ci il olaraq qalıb.
Azərbaycanın şimal rayonları Rusiya ilə həmsərhəddir. Bu rayonlarda azsaylı xalqlar olan ləzgilər və digər etnik qruplar yaşayır. Rəsmi Moskvanın sərhədboyu rayonalrın sakinləri üçün “güzəştli əsaslarla” qaydalar elan etməsi Kremlin uzağa gedən niyyətlərindən xəbər verir.