Günün ulduz falı (21.04.2013)

QOÇ
Bu gün əhvalınız yaxşı olacaq. Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əhvalları yüksələcək. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoyacaq. Ailə işlərinin həlli üçün əlverişli gündür.
BUĞA
Ulduzlar bildirir ki, problemlərin öhdəsindən rahatlıqla gələcəksiniz. Genişmiqyaslı işə başlamaq olar. Amma bunun üçün ilk növbədə həmfikirləriniz sizi yalnız sözdə dəstəkləməyəcəyinə arxayın olun.
ƏKIZLƏR
Yaxşı olar ki, tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.
XƏRÇƏNG
Bu gün yarımçıq qalan işi başa vurun. Münasibətlərinizi qaydaya salmağı da unutmayın, bəzi əlaqələrinizi genişləndirməyiniz məsləhətdir.
ŞIR
Təəssüf ki, əhval-ruhiyyəniz sabit qalmayacaq. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Maliyyə və əmlak məsələlərini həll edin. Işgüzar danışıqlar üçün uğurlu gündür.
QIZ
Bu gün əks cinsin nümayəndəsilə ünsiyyətdə çətinliklər yaranacaq. Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edəcəyiniz gözlənilir. Axşam saatlarında dincəlin. Istirahəti evdən kənarda da edə bilərsiniz.
TƏRƏZI
Günün ilk yarısında təcili işləri müəyyənləşdirin, ilk növbədə onlarla məşğul olun. Səhhətinizə fikir verin. Qonaq getmək olar. Axşam saatlarında istirahət edin, ev işləri ilə məşğul olun.
ƏQRƏB
Qayğıların sayı artır. Yaxın ətrafınızdakı insanlar sizdən daha çox nəticə istəyirlər. Yaşananlara həyəcan, təlaşla baxmayın. Işinizin keyfiyyətini yaxşılaşdırın. Bəzi problemlər isə sizin iştirakınız olmadan həllini tapacaq.
OXATAN
Gözlənilməz və maraqlı təklif almaq ehtimalı istisna deyil. Ulduzlar bu təklifə çox düşünmədən razılaşmağı təklif edir. Səfər və gəzintilər üçün əlverişli gündür. Yolda maraqlı tanışlıq baş verəcək.
OĞLAQ
Borcları qaytarmaq, kredit üzrə ödəniş etmək üçün yaxşı vaxtdır. Baş verənlər narahatlıq, diskomfort, müvəqqəti olaraq tənhalıq hissi yarada bilər. Işdə qayda yaradılması, təşkilati məsələlərlə məşğul olun.
DOLÇA
Problemlərə görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.
BALIQLAR
Çətinliklərlə qarşılaşa bilərsiniz. Malik olduğunuz imkanlarla məqamları dəyərləndirin. Aktiv olun, tənbəllik etməyin. Yardıma ehtiyacı olan insanlara kömək edin.