Çində zəlzələ zamanı 150-dən artıq adam ölüb

Ölkənin cənub-qərbindəki Sıçüan vilayətində baş verən zəlzələ nəticəsində 150-dən artıq adam ölüb, mətbuat bildirir.

6 minə yaxın adamın xəsarət aldığı xəbər verilir. 6.9 balında zəlzələ bölgəni yerli vaxtla saat 08:02-də silkələyib.
Havadan çəkilən şəkillərdə episentrə yaxın Lintsun şəhərində örtüksüz qalmış evlərin xarabaları görünür.
Yeraltı təkanlar vilayətin paytaxtı Çendu şəhərində də hiss olunub. Sinxua agentliyi yorğana bürünmüş sakinlərin evlərdən tələsik qaçdığını bildirir. “Mən əlimə keçən paltarı geyinərək bayıra qaçdım”, – Çendu sakini Aaaron Ozment BBC-yə deyib. Tibet dağları ətəyindəki bölgə təbii fəlakət zonası elan olunub. Zəlzələdən ən çox zəzər çəkmiş Sıçüan vilayətinə 6 min nəfər polis və hərbçi göndərilib. Bölgəyə yeni baş nazir Li Ketsyanın yollandığı xəbər verilir.
2008-ci ildə Çində baş verən zəlzələ vaxtı 90 min adam ölmüşdür. Seysmoloji fəal bölgədə təkrar təkanlar qeydə alınıb.