Narazı fəhlələrlə görüş yerli icra nümayəndəsini və polisi təşvişə saldı
AXCP sədrinin müavini Asəf Quliyev, partiya sədrinin müşaviri Zərifə Məhəddinova və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Qəbələdə görüş keçiriblər. Görüş Nic kəndində, bir müddət əvvəl əmək haqqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçirən yerli fəhlələrlə olub. Rayon İcra Hakimiyyətinin nümayəndəsi və sahə müvəkkili çayxanada keçirilən görüşə müdaxilə edib. Onlar çayxana sahibinə xəbərdarlıq edərək AXCP təmsilçilərinin iradan uzaqlaşdırılmasını istəyiblər. Buna baxmayaraq, görüş davam edib. Kənd sakinləri polis müdaxiləsinə etirazların bildiriblər.





