22 yaşlı fəhlə Kürdə boğulub

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 8-ci km-də Kür çayı üzərində salınan körpüdə fəhlə işləyən 22 yaşlı Elxan Ələsgərov çaya düşərək boğulub.

ANS-PRESS-in məlumatına görə, hadisə bu gün səhər 08:30 radələrində Kür çayının Şirvan şəhərindən keçən hissəsində baş verib.
O Sabirabad rayonunun Qaragüney kəndindəndir.

İş yoldaşları Elxan Ələsgərovun üzə bilməməsi səbəbindən batdığını deyiblər. Hazırda hadisə yerində FHN-nin xilasetmə qüvvələri tərəfindən gəncin axtarışları həyata keçirilir.

Elxan Ələsgərovun doğmaları xilasetmə işlərinin lazımi səviyyədə aparılmamasından, axtarışa dalğıcların cəlb olunmamasndan narazıdırlar.

Elxan Ələsgərov hərbi xidmətdən yeni qayıdıbmış.