Yeni nazirin bankdan başlayan yolu

Yeni təhsil naziri Mikayıl Cabbarovun tərcümeyi-halı:

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda doğulub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.

1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi çalışıb.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində işləyib.

2004-cü il fevralın 20-də iqtisadi inkişaf nazirinin müavini təyin olunub.

2009-cu il martın 6-da Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru təyin edilib.

2013-cü il aprelin 19-dan təhsil naziridir.

Ailəlidir, iki uşağı var.