Bakıda qanlı qəza (FOTOLAR)

Bakıda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda bir neçə maşın toqquşub.

Hadisə nəticəsində xeyli insanın xəsarət aldığı bildirilir.

Bakı Şəhər Dövlət Yol Polisindən APA-ya bildirilib ki, ilkin məlumata görə, qəza zamanı beş maşın toqquşub. Hadisə nəticəsində xeyli xəsarət alanın olduğunu yol polisindən də təsdiqləyiblər.

Qəza yerinə polis əməkdaşları, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara çatdırılır.

Hadisə yerində araşdırma aparılır.