Azərbaycan təhsil naziri vəzifəsindən azad edilən Misir Mərdanovun yeni vəzifəyə təyin olunduğu barədə xəbərlər yayılıb. “Teleqraf.com” saytı xəbər yayıb ki, Misir Mərdanov Azərabycan Elmlər Akademiyasının Riyaziyyat İnstitunun direktoru vəzifəsinə təyin edilib. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən isə sayta bildirilib ki, onlarda bu barədə məlumat yoxdur: “Bizim direktor Akif Hacıyevdir və iş başındadır”.
Bəzi mülahizələrə görə, M.Mərdanovun AMEA-ya transferi gerçək olarsa, onu aprelin 24-də keçiriləcək Akademiyanın prezidentliyinə seçkilərdə qalib də görmək mümkündür.
Mərdanov AMEA-nın prezidenti olacaq?
•


