QOÇ
Günün birinci yarısı istənilən faydalı işlərin reallaşması üçün uğurludur. Zəhmətinizin dəyərləndirilməsi baxımından çox məhsuldar gündür. Yaxşı olar ki, bədxərc olmayasınız.
BUĞA
Professional sferada problemlər yaranacaq. Bürcün bəzi nümayəndələri yeni iş yeri axtaracaqlar. Ulduzlar isə bu mövzuda tələsməyə dəymədiyini bildirir. Şəxsi müstəvidə vəziyyət ürək açandır.
ƏKIZLƏR
Ətrafdakılarda yaxşı təəssürat yaratmağa can atısınız. Bu gün qarderobunuzda dəyişiklik edə bilərsiniz. Macəraya can atırsınız və buna nail olacaqsınız.
XƏRÇƏNG
Şəxsi müstəvidəki problemin çətinliyi əhatənizdəki insanların sizi hər bir işdə günahkar bilmələridir. Ilk baxışda sizi sıxışdırsalar da, nələrəsə layiq olduğunuzu etiraf edəcəklər. Bu işdə sizə ən yaxın adamınız yardımçı olacaq.
ŞIR
Işinizi genişləndirməklə karyeranızı yüksəldəcəksiniz. Bu gün qonaq qarşılamaq, ailə şənliklərinin keçirilməsi, yaxınlarınızla ünsiyyət üçün münasib gündür.
QIZ
Istənilən qıcıqlandırıcı faktorlardan uzaq durun. Gün maliyyə bxımından əlverişlidir. Ən yaxın ətraafınız qeyri-adi situasiyada yardım əlini uzadacaq.
TƏRƏZI
Ehtimal ki, günün ortalarında həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün dostlar sizə kömək üçün müraciət edəcək.
ƏQRƏB
Yaxınlarınızla bağlı xoş xəbər alacaqsınız. Ailə-məişət problemlərinin öhdəsindən uğurla gələcəksiniz. Günün ikinci yarısını evdə keçirməyiniz məsləhətdir.
OXATAN
Işgüzar sferada proqres gözlənilir. Istənilən qeyri-rəsmi ünsiyyət üçün münasib gündür. Köhnə dostlarla bu gün görüşə bilərsiniz.
OĞLAQ
Bu gün aktual mövzuların müzakirəsi üçün əlverişli zamandır. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.
DOLÇA
Bu gün neçə gündü çəkdiyiniz zəhmətin mükafatını alacaqsınız. Bu baxımdan çox məhsuldar gündür. Yaxşı olar ki, böyük məbləğli xərcliklərdən uzaq durasınız. Büdcənizi düzgün planlaşdırın.
BALIQLAR
Maraqlı ideyalar bir-birini əvəz edəcək. Onları reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.
Günün ulduz falı (19.04.2013)
•