Vidadi İsgəndərliyə 10 sutka həbs cəzası verildi

FaktXəbər-in məlumatına görə, prezidentliyə namizəd, hüquq müdafiəçi Vidadi İsgəndərli həbs olunub Hüquq müdafiəçisinə qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb. V. İsgəndərli barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 10 sutka azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bir müddət öncə Vidadi İsgəndərli prezidentliyə namizəd olacağını açıqlamışdı.

***

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin məhkəməsi Yasamal Rayon Məhkəməsində başlayıb. Məhkəmə qapalı keçirilir, jurnalistləri zala buraxmırlar.

Bununla belə, “musavat.com” məhkəmə önündəki əməkdaşı öyrənib ki, V.İsgəndərliyə qarşı İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi üzrə ittiham irəli sürülüb. Polislər hüquq müdafiəçisinin üzünə dururlar ki, o, dövlət əleyhinə çağırışlar edib.

Qeyd edək ki, bir neçə gün öncə Vidadi İsgəndərlini Texniki Universitetin yaxınlığında həbs edib, Yasamal polisinə aparmış, sonra sərbəst buraxmışdılar. Dünən onu yenidən polisə aparıblar, bu gün isə məhkəməyə çəkərək barəsində həbs qətimkan tədbiri seçmək istəyirlər.