Mühacir azərbaycanlılar 22 aprelə aksiya təyin etdi

Aprelin 22-də Avropa Şurasının önündə Avropa ölkələrində yaşayan azərbaycanlı mühacirlərin etiraz aksiyası keçiriləcək. Bu barədə hazırda Hollandiyada yaşayan mühacir Fikrət Hüseynli xəbər verib.

Mühacir azərbaycanlının yazdığı qeyddə deyilir: “Dinindən, etnik mənsubiyyətindən, siyasi fikrindən, partiyasından, əqidəsindən asılı olmayaraq rejimə qarşı olan və rejimin repressiyaları qarşısında ölkəni tərk edib Avropada mühacir həyatı yaşamağa məcbur olmuş hər bir azərbaycanlı həmvətənimi bu aksiyaya qoşulmağa çağırıram. Aksiyada heç bir təşkilatın bayrağı olmayacaq, bir bayraq olacaq, o da Azərbaycanın bayrağı! Bu bayraq hamımızın bayrağıdır və bizi birləşdirən yeganə bayraqdır”.