Türkiyədə təşkil olunan “Ilin Uluslararası Barış və Dostluk” ödül törənində erməni əsilli müğənni Hayko Tataryan Qənirə Paşayevanın əlini öpüb. Maraqlıdı, bu öpüşdən sonra ermənilər nə reaksiya verəcəklər və ya artıq veriblər?..
Təxminən belə bir mənzərini təsəvvür eləmək olar: erməni mətbuatı dərhal nəlbəkidə fırtına yaratmaq üçün onun Qənirəyə əl uzatması, bununla da ürəyi soyumayıb, üstəlik, əlini öpməsi səhnəsindən bir fraqmenti yayır və elə çatdırırlar ki, yəni hələ bu nədi, ardı da var – daha kəskin, daha ciddi…
Sonra Türkiyədə erməni gəncləri onun qapısına, pəncərəsinin ağzına, Ermənistanda yaşayanlar isə Haykoyla bağlılığı olan rəmzi bir yerə yığışıb onun disklərini yandırır, ona dişlərinin dibindən çıxan ən kariyesli kəlmələri püskürürlər: “Türk dölü Hayko!”.
Sabahı günü Sərkisyanın ürəyi soyumur, tapşırıq verir ki, onun albom-disklərini simvolik bir tabuta qoyub getsinlər Soyqırım abidəsinin önünə və Haykonu “dəfn” eləsinlər.
Sonra erməni siyasətçiləri, erməni konstruktiv müxalifətinin nümayəndələri başlayırlar izah eləməyə ki, əslində Hayko erməni deyil, türkdü, onun soyadından da görünür bu: Tataryan! Erməni parlamentində bığıburma kişi, zülfü pərişan qadın deputatlar təklif verir ki, Haykonun qanını analizə verib onun milli kimliyi yoxlanılmalıdı, bunun üçün də bir heyət yaradılıb getməlidi Türkiyəyə, heyətə də Balıq Filankəs başçılıq etməlidi, onun qulağını kəsib, qanını da şüşəyə tutmalı, dərhal Ermənistana gətirməlidi ki, parlamentdə qan analizinə versinlər.
Hələ bu harasıdı! Qarabağda rəşadətli döyüş yolu keçmiş erməni əsgərləri, şəhid analarının, indiyə qədər bir misrası ilə üzə çıxmağı bacarmamış şair və şairələr, yazar və yazarələr, akademik və akademikələr və s. və ilaxır və ilaxırələr “biz də varıq” deyib, mətbuatda geniş məqalələrlə çıxış edərək Haykonun ciyərini çıxarırlar ki, bir də oxumaq istəyəndə səs tellərini rəqs etdirəcək havası olmasın! Ermənistanın bütün Ana, Ata televiziyaları da gecə-gündüz Haykonun satqınlığından verilişlər, süjetlər hazırlayıb millətin aclığını, Sərkisyan hakimiyyətinin alçaqlığını unutdurmağa çalışır, xalqa başa salırlar ki, bizim Böyük Ermənistanı tam və qəti şəkildə qura bilməməyimizin tək günahkarı bu türk artığı türk Haykodu. Haykonun, ermənilərə qarşı ardıcıl və amansız mübarizə aparan, şiddətli, ölümcül zərbələr endirən Qənirənin ayağına getməsi, ona əl uzatması, hələ üstəlik öpməsi Türkiyədə, Sumqayıtda, Artsaxda şəhid düşən erməni soydaşlarımızın ruhuna təhqirdi. Biz güc-bəla ilə dünyaya sübut edirik ki, türklərin əli bizim mübarək qanımıza batıb, o isə gedib o qana batmış əli öpür, ona doğru addım atır, deməli ki, günahkar bizmişik! Əsrlərlə apardığımız ideoloji, mifoloji təbliğatın içinə p..x qoydu it oğlu it. Indi dünya deyəcək ki, elə Veliçko nə yazıbmışsa, düz yazıbmış.
Ermənistanın ana müxalifətinin lideri və ondan geri qalmaq istəməyənlər də zəhmətkeşlərin qınağından qorxaraq təxminən belə bəyanat verir ki, biz Haykonun sənətinə hörmətlə yanaşırıq. Ancaq hesab eləyirik ki, o, həddini bir qədər aşıb. Yəni ona elgözünə əl uzatmışdısa da, gərək bir də öpməyəydi, heç olmasa bunu düşmən Türkiyədə etməyəydi. Ancaq hakimiyyətin bu adekvat olmayan isteriyasını da qəbul eləmirik və hesab eləyirik ki, Haykoya qarşı bu kampaniya erməni xalqını dünyanın gözündən salacaq, bizə vəhşi kimi baxacaqlar, Haykonun canı cəhənnəmə…
Haykonun sənət dostları isə “biz o videonu görməmişik, ona görə də bir şey deyə bilmərik” deyərək, suallardan yayınıb əzabkeş erməni xalqının qınağından özlərini suğortamağa çalışırlar.
Nə isə, orda nə baş verəcək, verməyəcək bilmirəm, bilmək də istəmirəm. Dövlət başçımız demişkən: “Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq”. Guya qarışıb nəsə eləyə bilərmişik…

Erməni qanına batmış pəmbə əllər və satqın Tataryan
•
•