Bu gün Bakıda günorta saatlarında sərnişin avtobusları yenidən qəza törədiblər. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə saat 13:00 radələrində Bayıl qəsəbəsindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Məlumata görə, 88 və 124 saylı iritutumlu iki avtobus toqquşub. Qəza nəticəsindfə xeyli insan yaralanıb.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən ANS PRESS-ə faktı təsdiqləsələr də, hələlik ətraflı məlumatları olmadığı bildirilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza ilə bağlı xoşbəxtlikdən ölən olmayıb. Yarlılar isə Kliniki Tibbi Mərkəzə aparılıblar.
Qəzanın səbəbi araşdırılır.


