
Misirin keçmiş prezidenti Hüsnü Mubarək yenidən həbs edilə bilər. Məhkəmənin qərarına əsasən, Mubarək hərbi hospitaldan həbsxanaya qaytarılmalıdır. Təkrar məhkəmə isə mayın 11-ə təyin edilib. Keçmiş prezident sabiq daxili işlər naziri və təhlükəsizlik orqanlarının 6 rəhbər şəxsi ilə birgə 2011-ci ilin yanvar ayında yüzlərlə nümayişçinin qətlində təqsirləndirilir.
Ötən ilin iyun ayında Mubarək ömürlük həbs cəzasına məhkum edildi. Lakin bu ilin yanvar ayında məhkəmə Mubarəkin vəkillərinin tələbi ilə təkrar proses keçirmək qərarına gəlib.


