Gəncə İstintaq Təcridxanasında dustaqların aclıq etdiyi deyilir
Gəncə 2 saylı İstintaq Təciridxanasından Göyçay rayon məhkəməsinə aparılan məhbus Babayev Nağı Asif oğlu rayon polis şöbəsinin müvəqqəti saxlama təciridxanasinda ağzını sapla tikib. Buna görə də məhkəmə prosesi bir neçə saatlıq təxirə salınıb. Belədə polis şöbəsinin rəisi və əməkdaşları onun ağzındakı tikişləri zorla söküblər. Məhbusun buna etirazı müqavimıtlə qarşılanıb.
Bundan sonra o, bədənində zorakılıq əlamətləri ilə Göyçay rayon məhkəməsinə aparılıb. Məhkəmə məhbusun vəziyyətinə məhəl qoymadan və polisdə döyüldüyü haqda şikayətinə baxmadan prosesi başa çatdırıb.
Başına gələnlər barədə məlumat verən məhbus qeyd edib ki, həbsinə səbəb Göyçay polis şöbəsinin əməkdaşalrının ondan işlətdiyi çayxanaya görə “haqq” istəməsinə etiraz etməsi olub.
Göyçay məhkəməsində prosesdən sonra məhbus N.Babayev yenidən Gəncə İstintaq Təcridxanasına aparılıb.
Məlumatlara görə, təcridxanada məhbusun vəziyyəti ağırlaşıb və bu səbəbdən təciridxananın rəisi Şakir Bayramov onunla görüşüb. Məhbus rəisə bədənindəki zorakılıq izlərini göstərərək ona işgəncə verildiyi haqda müvafiq qeyd aparılmasını isətyib. Amma onun istəyi yerinə yetirilməyib. Ona hər hansı tibbi yardım da göstərilməyib. Buna görə də təciridxanada məhbusun saxlandığı 4 saylı korpusun 52 saylı komerasındakı dustaqlar aclıq aksiyasına başlayıblar.
Məlumatla əlaqədar rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Ərşad