QOÇ
Sizin üçün ciddi əhəmiyyət kəsb edən məsələlərdə yeniliklər olacaq. Şəxsi münasibətlərin romantik məqamları diqqət mərkəzində olacaq, işgüzar həyatda uğur şansı daha çoxdur. Şərikli maliyyə məsələlərinə diqqət yetirin.
Bu gün qarşınıza çıxan insan yaxın günlərdə həyatınızda vacib rol oynayacaq.
BUĞA
Intriqalar yaranacaq. Yaxın ətrafınızdakı insanlardan bəzilərinin davranışı sizə xoş təsir bağışlamayacaq. Çətin olsa da, təmkinli, səbrli davranın. Yalnız kəskin situasiyalarda risk yolveriləndir. Mühüm görüşləri ertələyin.
ƏKIZLƏR
Şəxsi, işgüzar və sosial həyatda dəyişikliklər ola bilər. Məsrəf və xərclər artacaq. Alış-verişə çıxmaq fikriniz varsa, günün ikinci yarısını seçin. Ailə münasibətlərində gərginlik yarana bilər. Nəzərə alın ki, istənilən mürəkkəb situasiyanı sakit şəkildə həll etmək şansları var.
XƏRÇƏNG
Tələskənliyə, sonradan təəssüflənməyinizə səbəb ola biləcək yanlışlıqlara yol verməyin. Daxil olan informasiyadan faydalı məlumatlar əldə edə bilərsiniz. Bu gün heç bir iş tamamlanmayacaq. Ehtiyatlı olun, yersiz münaqişələrə qatılmayın.
ŞIR
Mühüm işlərdəki problemlərdə anlaşılmazlıq ola bilər. Buna görə əsəbiləşməyin. Işlərin çox, vaxtın az olması səbəbindən stress keçirməyin. Şəxsi münasibətlərdə həssas olun. Emosiyalarınızın aşıb-daşması yolverilməzdir.
QIZ
Işgüzar və şəxsi münasibətlərdəki nöqsanları aradan qaldırmağa çalışın. Mühüm dəyişikliklərə səbəb ola biləcək davranışa yol verməyin. Köhnə problemlərin oricinal həllini tapın. Səhhətinizə fikir verin.
TƏRƏZI
Qarışıq gündür. Bu günə ciddi işləri planlaşdırmayın. Yaxın ətrafınızdakı insanlar sizə qarşı laqeyd, görmək istədiyiniz işlərə isə soyuq münasibət göstərəcəklər. Axşam saatlarında günün gərginliyindən qurtulun.
ƏQRƏB
Yaşananlar arasında ən maraqlı hadisəni gözdən qaçırmayın. Ifrat dərəcədə çalışmayın, əks təqdirdə bir işi yenidən görməli olacaqsınız. Diqqətiniz dağınıq olmasın. Yalanlara aldanmayın. Seçim tələb olunan situasiyada diqqətli olun.
OXATAN
Çətin gündür. Yaxşı olar ki, bu gün məişət qayğılarını ön plana çıxarmayasınız. Yaxınlarınız və ailə üzvlərinizə nikbinlik aşılayın. Mühüm iş görmək istəyirsinizsə, onu sabaha saxlayın. Sizə ünvanlanmış təkliflərə şübhə ilə yanaşmaqda fayda var.
OĞLAQ
Çətin gündür. Günün ilk yarısında hadisələr qarışıq, istəklər qeyri-konkretdir. Işin nəticələri minimal olacaq. Şəxsi münasibətlər üçün uğurlu gündür. Çətinliklə qarşılaşsanız, təşvişə düşməyin.
DOLÇA
Planlarda dəyişiklik istisna deyil. Tələsin, işi tez başa vurmaq məcburiyyəti yarana bilər. Amma hövsələsizlik edib düşünülməmiş qərarlar verməyin. Münaqişə və təbii ki, əhvalın dəyişməsi riski var. Sizi çətin situasiya gözləyir.
BALIQLAR
Planlarınıza anidən gələn xəbər mane olacaq. Böyük ümidlər bağladığınız işlərdə vəziyyət gərginləşə bilər. Tövsiyyələrə qulaq asın. Axşam saatlarında yaxşı istirahət edin.
Günün ulduz falı (16.04.2013)
•